- Transfer
- 22:07 14.06.2026
“Bayer” “Lion” klubunun cinah hücumçusu Afonsu Moreyra üçün rəsmi təklif irəli sürüb.
90deqiqe.Az-ın “L’Équipe"yə istinadən məlumatına görə, Almaniya təmsilçisi 21 yaşlı futbolçu üçün 32 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, Fransa klubunun rəhbərliyi maliyyə öhdəliklərini yerinə yetirmək üçün 30 iyun tarixinədək böyük satış həyata keçirməli olduğundan bu təklifi qəbul edə bilər.
“Lion” Fransa klublarının maliyyə nəzarət orqanı olan DNCG qarşısında öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir
Moreyra hələlik bu yay komandanı tərk etməyə isti yanaşmır. Lakin “Lion” rəhbərliyi onu Almaniya klubuna keçidi qəbul etməyə razı salmağa çalışır.
Tərəflər bonuslar hesabına təklifin artırılması halında razılığa yaxınlaşa bilər.
Satış baş tutacağı təqdirdə, “Lion” əldə olunan gəlirin 20 faizini “Sportinq”ə ödəməlidir. 32 milyon avroluq transferdə bu məbləğ təxminən 6 milyon avro təşkil edir.
Eyni zamanda Fransa klubu “Borussiya Dortmund”la belçikalı cinah hücumçusu Jülyen Düranvilin transferi ilə bağlı danışıqlar aparır. “Lion” 20 yaşlı futbolçunu Moreyranın mümkün əvəzi kimi görür.
Qeyd edək ki, Moreyra ötən yay Lissabon “Sportinq”inin ikinci komandasından cəmi 2 milyon avroya “Lion”a transfer olunub və Paulo Fonsekanın rəhbərliyi altında mövsümün əsas kəşflərindən birinə çevrilib. Portuqaliyalı futbolçu yaxın vaxtlarda klubla 2030-cu ilə qədər yeni müqavilə də imzalayıb.