14 iyun 2026. Bazar günü

Yaya Ture Slovakiya klubunu çalışdıracaq


  • Transfer
  • 01:23 14.06.2026
  • Oxunma sayı: 41
Yaya Ture Slovakiya klubunu çalışdıracaq

Slovakiyanın birinci liqa təmsilçisi “Slovan Bratislava”nın yeni baş məşqçisi Yaya Ture olub.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Fil Dişi Sahili millisinin sabiq futbolçusu Yaya Ture futbolçu karyerasını 2020-ci ildə Çinin “QD Huanqhay” klubunda başa vurub.

Futbolçu karyerasını bitirdikdən sonra idarəetmə və məşqçilik sahəsində çalışan Ture “Olimpik Donetsk”, “Axmat Qrozni”, “Standard Lyej” və Səudiyyə Ərəbistanı milli komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

43 yaşlı mütəxəssis karyerasında ilk dəfə baş məşqçi kimi çalışacaq.







Transfer