14 iyun 2026. Bazar günü

"Real Madrid" Mark Kukurelyanı transfer etməyə yaxındır


  • Transfer
  • 20:45 14.06.2026
  • Oxunma sayı: 37
"Real Madrid" Mark Kukurelyanı transfer etməyə yaxındır

İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən müdafiəçi Mark Kukurelyanın transferi ilə bağlı mühüm irəliləyiş əldə edib.

90deqiqe.Az xəbər verir ki, tərəflər arasında şifahi razılıq əldə olunub. Razılaşma həm klublar, həm də futbolçunun özü ilə aparılan danışıqlar nəticəsində baş tutub.

Məlumata görə, Mark Kukurelyanı komandanın heyətində görmək istəyən əsas şəxslərdən biri "Real Madrid"in baş məşqçisi Joze Mourinyo olub.

İspaniyalı sol cinah müdafiəçisi ötən mövsüm bütün turnirlərdə ümumilikdə 50 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun "Çelsi" ilə qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Onun transfer bazarındakı dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.







Transfer