- Transfer
- 23:38 14.06.2026
"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiolun yaxın vaxtlarda Madrid təmsilçisinə keçəcəyi gözlənilmir.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu ilə "Real" maraqlansa da, xorvatiyalı müdafiəçinin İspaniya klubuna transferi hazırda real görünmür. Madrid təmsilçisinin rəhbərliyi İngiltərə klubunun müdafiə xəttinin əsas simalarından biri olan Qvardiolun vəziyyətini diqqətlə izləyir.
Bununla belə, futbolçunun paytaxt klubunun marağına baxmayaraq, "Mançester Siti" ilə müqaviləsini uzatmağa yaxın olduğu bildirilir.
Gözlənilir ki, yenilənəcək müqavilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq. Bununla da İngiltərə klubu komandanın əsas oyunçularından birini uzunmüddətli əsasda heyətdə saxlamağı hədəfləyir.
Ötən mövsüm başa çatdıqdan sonra "Real"ın baş məşqçisi vəzifəsinə Joze Mourinyo təyin olunub. Hazırda Madrid klubu heyətin gücləndirilməsi istiqamətində fəal iş aparır.