- Transfer
- 23:38 14.06.2026
"Tottenhem" klubu müdafiəçi Pedro Porro ilə yeni uzunmüddətli müqavilə imzalıyıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilənin detalları açıqlanmayıb.İspaniyalı futbolçu London təmsilçisinin əsas oyunçularından biri hesab olunur.
"Yeni müqavilə bütün klub üçün əla xəbərdir. Biz Pedroya inanırıq. Onunla işləməyə davam edəcəyim və qarşıdakı illərdə daha böyük uğurlar qazanmasına kömək edəcəyim üçün çox şadam", - deyə "Tottenhem"in baş məşqçisi Roberto De Dzerbi klubun rəsmi saytına açıqlamasında bildirib.
Mütəxəssis futbolçunun komanda üçün əhəmiyyətini də vurğulayıb:
"Pedro bizim üçün çox vacib oyunçudur. O, həm müdafiədə, həm də hücumda matçların gedişinə təsir göstərmək bacarığını daim nümayiş etdirir. Texniki keyfiyyətləri ilə yanaşı, onun peşəkar yanaşmasını da çox bəyənirəm".
Pedro Porro 2023-cü ilin qışında Lissabonun "Sportinq" klubundan icarə əsasında "Tottenhem"ə qoşulub. Daha sonra London klubu futbolçunun transfer hüquqlarını tam şəkildə satın alıb.