15 iyun 2026. Bazar ertəsi

“Aston Villa” Martinez əvəzinə 20 milyonluq plan hazırlayır


  • Transfer
  • 23:29 14.06.2026
  • Oxunma sayı: 37
“Aston Villa” Martinez əvəzinə 20 milyonluq plan hazırlayır

“Aston Villa” klubunun yay transfer pəncərəsində argentinalı qapıçı Emiliano Martinez komandadan ayrılsa, onun yerinə kimləri gətirə biləcəyi məlum olub.

90deqiqe.Az-ın “A Bola” nəşrinə istinadən məlumatına görə, Birmingem təmsilçisi Portuqaliyanın “Benfika” klubunda çıxış edən qapıçı Anatoli Trubinlə maraqlanan klublar sırasındadır.

Bildirilir ki, futbolçunun özü İngiltərə Premyer Liqasında çıxış etməyə müsbət yanaşır, Portuqaliya klubu isə onu ən azı 20 milyon avroya satmağa hazırdır.

24 yaşlı qapıçı ötən mövsümdə bütün turnirlərdə 50 oyuna çıxıb, 43 qol buraxıb və 21 matçda qapısını toxunulmaz saxlayıb.

Trubinin “Benfika” ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.







Transfer