15 iyun 2026. Bazar ertəsi

Vlahoviçin “Yuventus”la yeni müqaviləsinin maliyyə detalları məlum olub


  • Transfer
  • 23:38 14.06.2026
  • Oxunma sayı: 32
Vlahoviçin “Yuventus”la yeni müqaviləsinin maliyyə detalları məlum olub

“Yuventus” klubunun hücumçusu Duşan Vlahoviçlə müqaviləni uzatmaq planının maliyyə şərtləri açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi serbiyalı futbolçuya ildə 12 milyon avro məvacib və əlavə bonus ödənişləri təklif etməyə hazırdır. Lakin bildirilir ki, Vlahoviç daha yüksək maaş tələb edir.

26 yaşlı hücumçu ötən mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Futbolçunun “Yuventus”la mövcud müqaviləsi iyunun sonunda başa çatır. “Transfermarkt” portalı onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer