- Transfer
- 23:54 18.06.2026
"Çelsi"nin hücumçusu Liam Delap karyerasını başqa Premyer Liqa klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, "Everton" 23 yaşlı futbolçunun transferində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Liverpul təmsilçisi hücumçu üçün 30 milyon funt sterlinq (təxminən 35 milyon avro) məbləğində təklif hazırlayır. Komandanın baş məşqçisi Devid Moyes Delapı yay transfer dövrünün əsas hədəflərindən biri hesab edir.
Bununla belə, transferin reallaşmasına mane olan əsas məqam futbolçunun qiymətidir. "Çelsi" gənc forvardın satışından 40 milyon funt sterlinqdən (46 milyon avrodan) artıq gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, Liam Delap ötən mövsüm London klubunda gözləntiləri doğrulda bilməyib. Futbolçu ilə maraqlanan yeganə klub isə "Everton" deyil. Premyer Liqanın digər təmsilçisi "Nyukasl" da ingiltərəli hücumçunun durumunu yaxından izləyir.