- Transfer
- 12:34 15.06.2026
Madrid "Real"ının yarımmüdafiəçisi Eduardo Kamavinqa İtaliya nəhəngi "İnter"in maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Milan təmsilçisinin rəhbərliyi fransalı futbolçunun mümkün transferi ilə bağlı "Real"a sorğu göndərib.
Lakin transferin baş tutma ehtimalı olduqca aşağı qiymətləndirilir. Belə ki, Kamavinqa Madrid klubunda qalmaq niyyətindədir və hazırda digər komandalardan gələn təklifləri nəzərdən keçirməyi düşünmür.
Qeyd edək ki, "Transfermarkt" portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Eduardo Kamavinqa ötən mövsüm bütün turnirlər daxil olmaqla "Real"ın heyətində 43 oyuna çıxıb. O, bu matçlarda iki qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Fransalı futbolçunun Madrid təmsilçisi ilə qüvvədə olan müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.