15 iyun 2026. Bazar ertəsi

Ayub Buaddi uğrunda mübarizə qızışır - "Tottenhem" də yarışa qoşuldu


  • Transfer
  • 12:34 15.06.2026
  • Oxunma sayı: 44
Ayub Buaddi uğrunda mübarizə qızışır  - "Tottenhem" də yarışa qoşuldu

"Lill"in və Mərakeş millisinin yarımmüdafiəçisi Ayub Buaddi Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşməkdə davam edir.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı futbolçu ilə maraqlanan klubların sırasına İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" də qoşulub. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Buaddinin dünya çempionatının qrup mərhələsinin ilk turunda Braziliya millisinə qarşı keçirdiyi uğurlu oyundan (1:1) sonra ona maraq daha da artıb. Gənc yarımmüdafiəçinin mümkün transferinin dəyərinin 50 milyon avronu keçə biləcəyi qeyd olunur.

Qeyd edək ki, Ayub Buaddi ilə daha əvvəl "Arsenal"ın da maraqlandığı barədə xəbərlər yayılmışdı. Bundan başqa, Fransa çempionu PSJ və İngiltərənin "Liverpul" klubu da perspektivli futbolçunun potensial transfer namizədləri arasında göstərilir.

Mütəxəssislər Buaddini Avropa futbolunun ən perspektivli gənc yarımmüdafiəçilərindən biri hesab edirlər.







Transfer