15 iyun 2026. Bazar ertəsi

"Real Madrid" 60 milyon avroluq transferi açıqladı


  • Transfer
  • 19:09 15.06.2026
  • Oxunma sayı: 53
"Real Madrid" 60 milyon avroluq transferi açıqladı

"Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Madrid klubu "Çelsi"nin müdafiəçisi Mark Kukurelyanın transferini rəsmən açıqlayıb.

"Kral klubu" ispaniyalı futbolçu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan altı illik müqavilə imzalayıb.

İspaniya mətbuatının yaydığı məlumata görə, "Real Madrid" bu transfer üçün "Çelsi"yə 55 milyon avro ödəyəcək. Bundan əlavə, London təmsilçisi futbolçunun yeni klubundakı göstəricilərindən asılı olaraq bonuslar şəklində daha 5 milyon avro qazana bilər.

Qeyd edək ki, Mark Kukurelya ötən mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb. 26 yaşlı müdafiəçi bu görüşlərdə bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer