15 iyun 2026. Bazar ertəsi

Mauritsio Sarri "Atalanta"nın baş məşqçisi təyin olundu


  • Transfer
  • 19:11 15.06.2026
  • Oxunma sayı: 31
Mauritsio Sarri "Atalanta"nın baş məşqçisi təyin olundu

İtaliyanın "Atalanta" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Berqamo təmsilçisi Mauritsio Sarrinin komandanın sükanı arxasına keçdiyini rəsmən bəyan edib.

Təcrübəli mütəxəssis son olaraq "Latsio"ya rəhbərlik edib. Onun rəhbərliyi altında Roma klubu ötən mövsüm A Seriyasını doqquzuncu pillədə başa vurub və İtaliya Kubokunun finalına yüksəlib.

Qeyd edək ki, Mauritsio Sarrinin məşqçilik karyerasında "Yuventus", "Çelsi", "Napoli" və digər tanınmış klublar da yer alır. İtaliyalı mütəxəssis karyerası ərzində bir sıra nüfuzlu turnirlərdə uğurlu nəticələr əldə edib.

Xatırladaq ki, "Atalanta" ötən mövsüm A Seriyasında yeddinci yeri tutub. Komanda İtaliya Kubokunda yarımfinala qədər irəliləyib, UEFA Çempionlar Liqasında isə 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Berqamo klubu tarixində bir dəfə İtaliya Kubokunu qazanıb. "Atalanta"nın ən böyük uğurlarından biri isə UEFA Avropa Liqasındakı çempionluğudur.







Transfer