15 iyun 2026. Bazar ertəsi

"Mançester Yunayted"dən Nmeça həmləsi


  • Transfer
  • 19:29 15.06.2026
  • Oxunma sayı: 33
"Mançester Yunayted"dən Nmeça həmləsi

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Feliks Nmeça karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Mançester Yunayted" almaniyalı futbolçunun transferində maraqlıdır. Bu barədə "BILD" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "qırmızı şeytanlar" 25 yaşlı yarımmüdafiəçini uzun müddətdir izləyir. Hazırda Almaniya millisinin heyətində dünya çempionatında çıxış edən futbolçu klubun transfer siyahısında önəmli yerlərdən birini tutur.

Bildirilir ki, Dortmund təmsilçisi Nmeçanı təxminən 50 milyon avroya satmağa hazırdır. Bununla belə, futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi yer alır. Qeyd olunur ki, bu məbləğ gələn ildən etibarən 70 milyon avroya enəcək.

Feliks Nmeça 2025/26 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlər daxil olmaqla 42 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer