15 iyun 2026. Bazar ertəsi

"Liverpul" Diomande transferində önə keçdi


  • Transfer
  • 19:41 15.06.2026
  • Oxunma sayı: 35
"Liverpul" Diomande transferində önə keçdi

"Leyptsiq"in cinah oyunçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, "Liverpul" 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edib. Bu barədə jurnalist Ceyms Uilyam məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, mersisaydlıların yeni baş məşqçisi Andoni İraolanın təqdim etdiyi layihə Diomandenin marağına səbəb olub. Nəticədə futbolçu karyerasını məhz "Liverpul"da davam etdirməyə üstünlük verir.

Qeyd edək ki, daha əvvəl Yan Diomandenin Premyer Liqa nəhənginin yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri olduğu barədə məlumatlar yayılmışdı.

Futbolçu 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 36 oyunda meydana çıxıb. O, bu görüşlərdə 13 qol vurub və 10 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

"Transfermarkt" portalının məlumatına əsasən, Diomandenin bazar dəyəri 90 milyon avro təşkil edir.







Transfer