15 iyun 2026. Bazar ertəsi

Qvardiol "Mançester Siti" ilə müqaviləni uzadıb


  • Transfer
  • 20:10 15.06.2026
  • Oxunma sayı: 40
Qvardiol "Mançester Siti" ilə müqaviləni uzadıb

İngiltərənin "Mançester Siti" klubu xorvatiyalı müdafiəçi Yoşko Qvardiol ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında imzalanan yeni əmək müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyinin Qvardiolu komandanın əsas oyunçularından biri kimi gördüyü qeyd olunur.

Qvardiol 2023-cü ilin yayında "Mançester Siti"yə transfer olunub. Bu müddət ərzində o, İngiltərə təmsilçisinin heyətində 122 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına əsasən, 23 yaşlı futbolçunun bazar dəyəri 70 milyon avro təşkil edir.







Transfer