- Transfer
- 21:50 15.06.2026
İtaliyanın “Yuventus” klubu hücumçu Ceremi Boqanın transfer hüquqlarını Fransanın “Nitsa” klubundan tam şəkildə alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Məlumata əsasən, İtaliya klubu futbolçunun transferi üçün “Nitsa”ya 4,8 milyon avro ödəyib.
Qeyd edək ki, ivuarlı sol cinah oyunçusu 2026-cı ilin fevralından “Yuventus”un heyətində çıxış edirdi. O, bu müddətdə 17 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ceremi Boqa Marseldə anadan olub, futbolun ilkin əsaslarını isə İngiltərənin “Çelsi” akademiyasında öyrənib. Karyerası ərzində “Birmingem”, “Renn”, “Qranada”, “Sassuolo”, “Atalanta” və “Nitsa” kimi klublarda çıxış edib.