15 iyun 2026. Bazar ertəsi

“Real Madrid” Kurtuanın əvəzləyicisini tapdı


  • Transfer
  • 21:19 15.06.2026
  • Oxunma sayı: 39
“Real Madrid” Kurtuanın əvəzləyicisini tapdı

“Real Madrid” gələcək üçün heyət planlamasını davam etdirir.

90deqiqe.Az-ın “Madrid Zone"yə istinadən məlumatına görə, Madrid klubunun rəhbərliyi əsas qapıçı Tibo Kurtuanın karyerasının növbəti mərhələlərində əvvəlki səviyyədə çıxış edə bilməyəcəyini nəzərə alaraq onun potensial əvəzləyicisini müəyyənləşdirib.

Madrid təmsilçisinin əsas hədəfi “Brayton”un qapıçısı Bart Verbrüggendir.

Mənbə bildirir ki, “Kral klubu” 23 yaşlı qolkiperi gələn yay transfer etməyə cəhd göstərəcək. Verbrüggenin İngiltərə təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, niderlandlı qapıçının bazar dəyəri hazırda 40 milyon avro təşkil edir.

Qeyd edək ki, “Real Madrid” 2025/2026 mövsümünü titul qazana bilmədən başa vurub. Bu səbəbdən klubun yay transfer pəncərəsində heyətdə bir sıra dəyişikliklər etməsi gözlənilir.







Transfer