- Transfer
- 21:50 15.06.2026
İngiltərənin "Kristal Pelas" klubu yeni baş məşqçisinin adını rəsmən elan edib.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisini bundan sonra fransalı mütəxəssis Pyer Saj çalışdıracaq. Tərəflər arasında üçillik müqavilə imzalanıb.
47 yaşlı məşqçinin son iş yeri Fransanın "Lans" klubu olub. O, ötən mövsüm komandası ilə Liqa 1-də çempionluq uğrunda mübarizə apararaq PSJ-yə ciddi rəqabət yaradıb. Nəticədə "Lans" mövsümü ikinci pillədə başa vurub.
Pyer Saj daha əvvəl, 2023-2025-ci illərdə "Lion"un baş məşqçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, mövsümün sonunda "Kristal Pelas" almaniyalı mütəxəssis Oliver Qlasnerlə yollarını ayırmışdı. Qlasnerin rəhbərliyi altında London klubu son bir ildə uğurlu nəticələr əldə edib. Komanda İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının kubokunu qazanmağı bacarıb.