16 iyun 2026. Çərşənbə axşamı

“Napoli” Alleqri ilə razılığa gəldi


  • Transfer
  • 01:10 16.06.2026
  • Oxunma sayı: 27
“Napoli” Alleqri ilə razılığa gəldi

İtaliyanın “Napoli” klubu yeni baş məşqçi təyinatını rəsmiləşdirməyə hazırlaşır.

90deqiqe.Az-ın “Football Italia"ya istinadən məlumatına görə, Massimiliano Alleqri ilə Neapol təmsilçisi arasında prinsipial razılaşma əldə olunub və rəsmi elan bu həftə ərzində verilə bilər.

Mənbənin bildirdiyinə görə, gecikmə klub və məşqçi arasında aparılan danışıqlarla bağlı deyil. Əsas səbəb Alleqri ilə onun əvvəlki klubu “Milan” arasında maliyyə və müqavilə məsələlərinin tam həll olunmamasıdır. Tərəflər əməkdaşlığın yekunlaşdırılması üçün hüquqi prosedurları tamamlamalıdır.

Alleqrinin rəsmən “Napoli”yə baş məşqçi təyin olunmasından sonra klubun idman direktoru Covanni Manna transfer strategiyasını daha dəqiq müəyyənləşdirə biləcək. Yeni baş məşqçinin istəklərinə uyğun olaraq komandanın gücləndirilməsi planlaşdırılır.







Transfer