1 oktyabr 2026. Cümə axşamı

Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi


  • Transfer
  • 10:32 16.06.2026
  • Oxunma sayı: 147
Azərbaycan millisinin üzvü Türkiyə klubuna keçdi

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün karyerasını davam etdirəcəyi yeni klub müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Türkiyənin "Vanspor" komandası ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında iki illik anlaşma əldə olunub. Beləliklə, Azərbaycan millisinin üzvü növbəti mövsümdən etibarən Türkiyə I Liqasında çıxış edəcək.

Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandın "Volendam" klubunun formasını geyinib. Təcrübəli yarımmüdafiəçi daha əvvəl Türkiyə və Niderlandın müxtəlif komandalarında da çıxış edib.

Qeyd edək ki, "Vanspor" yeni mövsümdə Türkiyə I Liqasında mübarizə aparacaq.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir