- Transfer
- 22:35 16.06.2026
Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Yığmanın sükanı arxasına təcrübəli fransalı mütəxəssis Erve Renar gətirilib.
57 yaşlı çalışdırıcı ilə dünya çempionatının sonunadək müqavilə bağlanıb. Turnir başa çatdıqdan sonra tərəflər əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə edəcəklər.
Renarın təyinatı Tunis millisində baş verən gözlənilməz məşqçi dəyişikliyindən sonra reallaşıb. Belə ki, komanda dünya çempionatının qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesabı ilə ağır məğlub olduqdan sonra baş məşqçi Sabri Lamuşi vəzifəsindən uzaqlaşdırılıb. Bununla da mundiallar tarixində ilk dəfə qrup mərhələsi davam etdiyi vaxt yığma komandanın baş məşqçisi postundan ayrılıb.
Təcrübəli mütəxəssis məşqçilik karyerası ərzində Zambiya, Kot-d'İvuar, Mərakeş və Səudiyyə Ərəbistanı millilərinə rəhbərlik edib. O, xüsusilə Afrika futbolunda qazandığı uğurlarla tanınır.
Qeyd edək ki, Tunis millisi dünya çempionatının qrup mərhələsində növbəti oyunlarını iyunun 21-də Yaponiya, iyunun 26-da isə Niderland yığmasına qarşı keçirəcək.