- Transfer
- 23:26 16.06.2026
“Barselona” “Jirona”nın cinah hücumçusu Viktor Tsıqankovla maraqlanır.
90deqiqe.Az-ın “Diario Sport"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi 28 yaşlı futbolçunu hücum xəttini gücləndirmək üçün münasib maliyyətli variantlardan biri kimi nəzərdən keçirir.
Bildirilir ki, ukraynalı komandasının ölkə çempionatının yüksək dəstəsini tərk etməsindən sonra “Jirona”dan ayrılmaq niyyətindədir və futbolçu “Barselona”ya ödənişsiz keçə bilər. Razılaşma çərçivəsində Kataloniya klubu öz gənc oyunçularından bəzilərinin icarə əsasında “Jirona”ya keçidinə də dəstək verməyə hazırdır.
Viktor Tsıqankov 2025/2026 mövsümündə “Jirona”nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun “Jirona” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədə olsa da, klubun yüksək dəstəni tərk etməsi onun ayrılığını sürətləndirə bilər.