- Transfer
- 23:26 16.06.2026
“Mançester Yunayted” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın “Indykaila News"a istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın radarında Portuqaliya millisi və “Milan”ın hücumçusu Rafael Leao yer alır.
Bildirilir ki, 27 yaşlı futbolçunun özü də “Old Trafford”a keçmək və “Mançester Yunayted” formasını geyinmək istəyir. Bununla belə, “Milan”ın baş məşqçisi vəzifəsinə Ruben Amorimin təyin olunması portuqaliyalı futbolçunun gələcəyinə təsir göstərə bilər.
Qeyd edək ki, mütəxəssislər “Transfermarkt” portalının məlumatına əsasən Rafael Leaonun dəyərini 50 milyon avro olaraq qiymətləndirirlər. Futbolçunun “Milan”la mövcud müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.