17 iyun 2026. Çərşənbə

“Real Madrid” Mendi ilə yollarını ayıra bilər


  • Transfer
  • 22:26 16.06.2026
  • Oxunma sayı: 21
“Real Madrid” Mendi ilə yollarını ayıra bilər

“Real Madrid” müdafiəçisi Ferlan Mendi bu yay komandadan ayrıla bilər.

90deqiqe.Az-ın “Diario AS"a istinadən məlumatına görə, Madrid klubu fransız futbolçu ilə müqaviləyə xitam verilməsi imkanını nəzərdən keçirir. Bununla belə, futbolçunun “kral klubu”na güzəştə getməyəcəyi və müqavilənin pozulmasına görə tam kompensasiya tələb edəcəyi ehtimal olunur.

Ferlan Mendi 2019-cu ildə “Lion” klubundan “Real Madrid”ə 48 milyon avro qarşılığında transfer olunub. Onun “kral klubu” ilə müqaviləsi 30 iyun 2028-ci il tarixinədək qüvvədədir.

2025/26 mövsümündə fransız müdafiəçi Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” portalının məlumatına əsasən, Mendinin bazar dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.







Transfer