- Transfer
- 23:26 16.06.2026
“Real Madrid” baş məşqçi vəzifəsinə Jose Mourinyonun təyin olunmasından sonra heyətin yenilənməsi istiqamətində işlərini davam etdirir.
90deqiqe.Az-ın “AS" nəşrinə istinadən məlumatına görə, “kral klubu” Almaniya millisinin mərkəz müdafiəçisi Niko Şlotterbekin transferini reallaşdırmağa hazırlaşır. Futbolçu Dortmund “Borussiya”sında çıxış edir və Madrid təmsilçisi onu ötən mövsüm ərzində yaxından izləyib.
Aprel ayında 26 yaşlı futbolçu “sarı-qaralar”la müqaviləsini uzatmaq barədə razılığa gəlib. Yeni müqavilədə isə 50 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb.
Bildirilir ki, “Real Madrid” bu məbləği ödəməyə qadirdir. Transferin yaxın bir ay ərzində rəsmiləşdirilə biləcəyi, lakin əvvəlcə Xose Mourinyonun razılığının alınacağı qeyd olunur.