- Transfer
- 23:26 16.06.2026
“Brayton”un mərkəz müdafiəçisi Yan-Paul van Hecke karyerasını “Tottenhem”də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, London klubu 26 yaşlı futbolçunun transferi barədə razılığa gəlib. Niderlandlı futbolçunun keçid məbləği 52 milyon funt sterlinq (60 milyon avro) təşkil edəcək.
Van Heckenin transferi “Tottenhem”in italiyalı baş məşqçisi Roberto De Dzerbinin təşəbbüsüdür. Mütəxəssis daha əvvəl “Brayton”da çalışdığı dövrdə futbolçu ilə işləyib.
Bildirilir ki, “Tottenhem” oyunçu ilə şəxsi müqavilə şərtlərini artıq ötən həftə razılaşdırıb.
Qeyd edək ki, 2020-ci ildə “Brayton” van Heckeni Niderlandın “Breda” klubundan cəmi 2 milyon avroya transfer etmişdi.