- Transfer
- 23:26 16.06.2026
“İpsviç” yeni baş məşqçi axtarışlarını davam etdirir.
90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, gələn mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək klub hazırda UEFA-da müşahidəçi vəzifəsində çalışan Ole-Qunnar Sulşerin çalışdırması ehtimal olunur.
Premyer Liqa klubu artıq norveçli çalışdırıcı ilə danışıqlar aparır və razılığa gəlmək üzrədir. Sulşer də yenidən baş məşqçiliyə qayıtmağa müsbət baxır.
53 yaşlı mütəxəssis daha əvvəl “Beşiktaş”, “Mançester Yunayted”, “Kardiff” və digər klublarda işləyib.
Klubun siyahısında həmçinin Fransanın “Strasburq” klubunun baş məşqçisi Qari O’Nil də yer alır.
Xatırladaq ki, komandanın sabiq baş məşqçisi Kiran Makkenna məşqçilikdən müvəqqəti ayrılaraq istefa verib.
Qeyd edək ki, “İpsviç” ötən mövsüm Çempionşipdə ikinci yeri tutub.