17 iyun 2026. Çərşənbə

Tyuram “Yuventus”u tərk etmək istəmir


  • Transfer
  • 22:56 16.06.2026
  • Oxunma sayı: 43
Tyuram “Yuventus”u tərk etmək istəmir

Yarımmüdafiəçi Kefren Tyuram bu yay “Yuventus”u tərk etmək istəmir.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu böyük təklifə baxmayaraq Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçmək istəmir. Bildirilir ki, o, ötən il də Səudiyyə klublarından gələn təklifləri rədd edib.

Tyuram “Yuventus”da qalmaq niyyətindədir. Əgər Turin klubu onun satışına qərar verərsə, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.

Kefren Tyuram 2024-cü ildə Fransanın “Nitsa” klubundan 20 milyon avro qarşılığında “Yuventus”a transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.

2025/26 mövsümündə yarımmüdafiəçi Turin təmsilçisinin heyətində 45 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.







Transfer