- Transfer
- 23:31 17.06.2026
Azərbaycan millisinin üzvü Cəlal Hüseynov karyerasını Rumıniya çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Rumıniyanın “Petrolul” klubuna transfer olunub. Tərəflər arasında ikiillik müqavilə imzalanıb.
Beləliklə, 22 yaşlı futbolçu növbəti mövsümdən etibarən Rumıniya təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Cəlal Hüseynov son olaraq Bolqarıstanın “Arda” klubunun formasını geyinib. Müdafiəçi həm klub səviyyəsində, həm də Azərbaycan millisindəki çıxışları ilə diqqət çəkib.