18 iyun 2026. Cümə axşamı

“Mançester Siti”nin sabiq futbolçusu “Real Madrid”də


  • Transfer
  • 13:56 17.06.2026
  • Oxunma sayı: 35
“Mançester Siti”nin sabiq futbolçusu “Real Madrid”də

İspaniyanın “Real Madrid” klubu növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silvanı heyətinə qatıb.

31 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Təcrübəli oyunçunun transferi “kral klubu”nun yay transfer kampaniyasının ən diqqətçəkən keçidlərindən biri hesab olunur. Bernardu Silvanın yeni mövsümdən etibarən “Real Madrid”in uğurları üçün mübarizə aparacağı bildirilib.

Qeyd edək ki, portuqaliyalı futbolçu son olaraq İngiltərənin “Mançester Siti” klubunun formasını geyinib. O, Premyer Liqa təmsilçisinin heyətində qazandığı titullar və sabit çıxışı ilə Avropa futbolunun aparıcı yarımmüdafiəçilərindən biri kimi tanınıb.







Transfer