- Transfer
- 23:31 17.06.2026
"Qalatasaray" hücumçusu Mauro İkardi ilə müqaviləni uzatmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı futbolçuya yeni müqavilə təklifini təqdim edib.
Klub İkardiyə 2027-ci il iyunun 30-dək nəzərdə tutulan, əlavə bir mövsüm uzadılma variantı olan müqavilə təklif edib. Təklifə əsasən, forvardın illik maaşı 4,5 milyon avro təşkil etməlidir.
Lakin argentinalı hücumçu bu şərtlərlə razılaşmayıb. Buna səbəb onun hazırda mövsümə görə 10 milyon avro qazanmasıdır. Futbolçu maaşın kəskin şəkildə azaldılmasını qəbuledilməz hesab edir.
Qeyd edək ki, Mauro İkardi 2025/26 mövsümündə "Qalatasaray"ın heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 16 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli futbolçunun klubla hazırkı müqaviləsinin müddəti iyunun 30-da başa çatır.