18 iyun 2026. Cümə axşamı

"Çelsi" "Everton"un futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:35 17.06.2026
  • Oxunma sayı: 40
"Çelsi" "Everton"un futbolçusunu transfer etmək istəyir

"Çelsi" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, London klubu "Everton"un cinah oyunçusu İliman Ndiayenin transferində maraqlıdır.

Məlumata görə, "zadəganlar" artıq 26 yaşlı seneqallı futbolçunun keçidi ilə bağlı "Everton"a rəsmi sorğu göndəriblər.

İliman Ndiaye 2024-cü ildə Fransanın "Marsel" klubundan 18 milyon avro qarşılığında "Everton"a transfer olunub. Onun Liverpul təmsilçisi ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Seneqal millisinin üzvü 2025/26 mövsümündə bütün turnirlərdə 34 oyunda meydana çıxıb. O, bu matçlarda altı qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 55 milyon avro qiymətləndirilir.







Transfer