18 iyun 2026. Cümə axşamı

"Fənərbağça" və "Yuventus" eyni futbolçunun ardınca düşdü


  • Transfer
  • 22:38 17.06.2026
  • Oxunma sayı: 46
"Fənərbağça" və "Yuventus" eyni futbolçunun ardınca düşdü

"Leyptsiq"in yarımmüdafiəçisi Elif Elmas yay transfer dönəmində bir neçə klubun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Sky Sport"a istinadən məlumatına görə, Şimali Makedoniya millisinin üzvünü heyətinə qatmaq istəyən klublar arasında İtaliyanın "Yuventus", Türkiyənin "Fənərbağça" və İngiltərənin "Aston Villa" komandaları yer alır.

Məlumata görə, Almaniya təmsilçisi 25 yaşlı futbolçunun satılmasına qarşı deyil. Klub rəhbərliyi Elmasın transferindən təxminən 17 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Elif Elmas ötən mövsümü icarə əsasında "Napoli"də keçirib. O, bütün turnirlərdə meydana çıxdığı 44 oyunda bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Yaxın həftələrdə futbolçunun gələcəyi ilə bağlı danışıqların sürətlənəcəyi gözlənilir.







Transfer