18 iyun 2026. Cümə axşamı

"Barselona" Soboslayı transfer etmək istəyir


  • Transfer
  • 22:57 17.06.2026
  • Oxunma sayı: 39
"Barselona" Soboslayı transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslayının transferi ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 24 yaşlı macar futbolçunu heyətinə qatmaq üçün ciddi maraq göstərir. Lakin "Liverpul"un bu yay oyunçunu satmağa isti yanaşmadığı bildirilir.

Dominik Soboslayı 2023-cü ildə Almaniyanın "RB Leyptsiq" klubundan 70 milyon avro qarşılığında "Liverpul"a transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Macar yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxaraq 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 100 milyon avro civarında qiymətləndirilir.







Transfer