18 iyun 2026. Cümə axşamı

PSJ “Vest Hem”in futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:18 17.06.2026
  • Oxunma sayı: 27
PSJ “Vest Hem”in futbolçusunu transfer etmək istəyir

Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Vest Hem”in vingeri Krisensio Sammervillin transferi ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, Paris klubu 24 yaşlı futbolçunun vəziyyəti ilə bağlı rəsmi sorğu göndərib. Onunla İngiltərənin “Mançester Yunayted” klubu və Premyer Liqanın digər komandalarının da maraqlandığı bildirilir.

Qeyd edək ki, Sammervill ötən mövsüm “Vest Hem”lə birlikdə İngiltərə Premyer Liqasından aşağı liqaya düşüb. O, mövsüm ərzində 34 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, niderlandlı futbolçunun bazar dəyəri 35 milyon avro civarında qiymətləndirilir.







Transfer