- Transfer
- 23:31 17.06.2026
İngiltərənin “Vulverhempton” klubu baş məşqçi Rob Edvardsın istefasını rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
43 yaşlı uelsli mütəxəssis komandaya 2025-ci ilin noyabrında rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında “canavarlar” mövsümün sonunda uğursuz çıxış edərək İngiltərə Premyer Liqasını sonuncu pillədə başa vurub və Çempionşipə düşüb.
Qeyd edək ki, Edvardsın istefası İngiltərə mətbuatında gözlənilməz qərar kimi qiymətləndirilib. Əvvəllər klubun ona etimad göstərərək komandanın yenidən qurulması və Premyer Liqaya qayıdış üçün plan verdiyi bildirilirdi.
Xatırladaq ki, “Vulverhempton” son dövrdə heyətini gücləndirərək Keyran Trippyer və Raul Ximenes kimi futbolçularla müqavilə imzalamışdı.