- Transfer
- 23:31 17.06.2026
İngiltərənin “Mançester Siti” klubu yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Məlumata görə, “şəhərlilər” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və “Nottingem Forest”in futbolçusu Elliot Andersonun transferində maraqlıdır.
Klub uzun müddətdir Andersonla bağlı danışıqlar aparsa da, indi Tonalinin də transferini gündəmə gətirib. Bildirilir ki, hazırda italiyalı futbolçu üçün ən real namizəd Londonun “Tottenhem” klubudur, lakin “Mançester Siti” bu keçidi pozmağa hazırdır.
Qeyd edək ki, hər iki futbolçunun transferi “Mançester Siti”yə təxminən 311 milyon avroya başa gələ bilər.
Tonali ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxaraq 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Anderson isə 50 matçda 4 qol və 5 assistlə çıxış edib.