- Transfer
- 23:54 18.06.2026
Türkiyənin "Fənərbağça" klubu heyətini tanınmış hücumçu Vedat Muriqi ilə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı kosovolu forvard yaxın günlərdə İstanbula yollanacaq. Futbolçu tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
Muriqi 2022-ci ildən İspaniyanın "Malyorka" klubunda çıxış edirdi. Təcrübəli hücumçu ötən mövsüm La Liqada keçirdiyi 37 oyunda 23 qola imza ataraq çempionatın ən məhsuldar futbolçularından biri olub. Bu göstəricidə onu yalnız Madrid "Real"ının ulduzu Kilian Mbappe qabaqlayıb.
Qeyd edək ki, Vedat Muriqi daha əvvəl də "Fənərbağça"nın formasını geyinib. O, 2019-2020-ci illərdə İstanbul klubunun uğurları üçün çalışıb.