19 iyun 2026. Cümə

Edinson Kavani "Boka Xuniors"dan ayrıldı


  • Transfer
  • 22:47 18.06.2026
  • Oxunma sayı: 39
Edinson Kavani "Boka Xuniors"dan ayrıldı

Uruqvaylı hücumçu Edinson Kavani Argentinanın "Boka Xuniors" klubu ilə yollarını ayırıb.

90deqiqe.Az  xəbər verir ki, 39 yaşlı futbolçu karyerasını başqa komandada davam etdirmək niyyətindədir. Təcrübəli forvardın növbəti klubu onun peşəkar karyerasındakı son dayanacaq ola bilər.

Kavani 2023-cü ildən "Boka Xuniors"un formasını geyinirdi. Lakin komandanın yeni baş məşqçisi Ruben Arruabarrena onu əsas heyətin vacib üzvü kimi görmədiyini bildirib.

Bu vəziyyətdə təcrübəli hücumçu klubdan ayrılmaq qərarı verib.

Qeyd edək ki, Edinson Kavani karyerası ərzində Avropanın bir sıra tanınmış klublarında çıxış edib. O, İngiltərənin "Mançester Yunayted", Fransanın PSJ və İtaliyanın "Napoli" komandalarının formasını geyinib. Uruqvaylı futbolçu uzun illər dünya futbolunun ən məhsuldar hücumçularından biri hesab olunub.







Transfer