- Transfer
- 23:54 18.06.2026
İngiltərənin “Kristal Pelas” klubu yarımmüdafiəçi Adam Uortonun komandada qalmasına üstünlük verir.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçunu yalnız yüksək məbləğ qarşılığında satmağa razı olacaq. Klub transfer strategiyasında “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun mümkün keçidini də nəzərə alır. Onun yaxın zamanda “Mançester Siti”yə transfer oluna biləcəyi qeyd olunur.
Buna baxmayaraq, rəhbərlik Uortonun satışından gələcək gəlirlə heyəti yeniləmək imkanı əldə etsə də, gənc futbolçunu ən azı daha bir mövsüm komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, 2025/26 mövsümündə Adam Uorton bütün turnirlərdə 53 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.