19 iyun 2026. Cümə

“Tottenhem” 19 yaşlı ulduz üçün hərəkətə keçdi


  • Transfer
  • 22:57 18.06.2026
  • Oxunma sayı: 24
“Tottenhem” 19 yaşlı ulduz üçün hərəkətə keçdi

İngiltərənin “Tottenhem” klubu Almaniyanın “Köln” komandasının gənc futbolçusu Said Əl-Mala ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

London təmsilçisinin 19 yaşlı hücumçu üçün transfer danışıqlarına başladığı bildirilir. “Şporlar” istedadlı futbolçu uğrunda “Nyukasl” və “Nottingem Forest” kimi klubları qabaqlamağı hədəfləyir. Transferin 40–50 milyon avro aralığında başa gələ biləcəyi qeyd olunur.

El-Mala ötən mövsüm Bundesliqada 34 oyuna çıxaraq 13 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun “Köln”lə mövcud müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.







Transfer