19 iyun 2026. Cümə

“Everton” “Tottenhem”in müdafiəçisini hədəfə aldı


  • Transfer
  • 23:00 18.06.2026
  • Oxunma sayı: 48
“Everton” “Tottenhem”in müdafiəçisini hədəfə aldı

İngiltərənin “Everton” klubu “Tottenhem”in sağ cinah müdafiəçisi Cedd Spenslə maraqlanır.

90deqiqe.Az  xəbər verir ki, “irisklər” 25 yaşlı futbolçunu müdafiənin sağ cinahını gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Spens 2025/26 mövsümündə bütün turnirlərdə 44 oyuna çıxıb, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.

Qeyd edək ki, futbolçunun “Tottenhem”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.







Transfer