19 iyun 2026. Cümə

Kanadalı hücumçu “Yuventus”dan ayrıla bilər


  • Transfer
  • 23:03 18.06.2026
  • Oxunma sayı: 38
Kanadalı hücumçu “Yuventus”dan ayrıla bilər

İtaliyanın “Yuventus” klubu hücumçu Conatan Devidi bu yay transfer siyahısına əlavə edə bilər.

90deqiqe.Az  xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Turin təmsilçisinin 25 yaşlı kanadalı futbolçunun satışından təxminən 40 milyon avro gəlir əldə etməyi planlaşdırdığı bildirilir. Lakin hazırda klubun hücumçu ilə bağlı konkret təklif almadığı qeyd olunur.

Conatan Devid 2025-ci ildə Fransa “Lill”indən azad agent kimi “Yuventus”a transfer olunub. Onun klubla müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

2025/26 mövsümündə forvard bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq göstərir.







Transfer