19 iyun 2026. Cümə

“Yuventus” yeni qapıçı axtarışına çıxıb


  • Transfer
  • 23:27 18.06.2026
  • Oxunma sayı: 31
“Yuventus” yeni qapıçı axtarışına çıxıb

İtaliyanın “Yuventus” klubu yay transfer dönəmində qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az  xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Turin təmsilçisi “Napoli”nin qapıçısı Vanja Milinkoviç-Saviçlə maraqlanır və serbiyalı futbolçunun transferi üçün artıq rəsmi sorğu göndərib.

Milinkoviç-Saviç bu yay “Torino”dan “Napoli”yə 6 milyon avro qarşılığında transfer olunub. Onun neapollu klubla müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

2025/26 mövsümündə qapıçı bütün turnirlərdə 38 oyuna çıxıb, 38 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalı onun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.







Transfer