19 iyun 2026. Cümə

Reşford “Aston Villa”ya qayıda bilər


  • Transfer
  • 23:37 18.06.2026
  • Oxunma sayı: 33
Reşford “Aston Villa”ya qayıda bilər

“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun yenidən “Aston Villa”ya keçidi gündəmə gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "MatchDay Central" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “şirlər” 27 yaşlı forvardı yenidən icarəyə götürməkdə maraqlıdır. Lakin “Mançester Yunayted” yalnız məcburi satınalma şərti olan icarə təkliflərini nəzərdən keçirməyə hazırdır və digər variantları qəbul etməyəcək. Hazırda “Aston Villa” tərəfindən rəsmi təklif irəli sürülməyib, lakin klub Rəşford uğrunda əsas namizədlərdən biri hesab olunur.

Qeyd edək ki, Markus Reşford 2025-ci ilin fevral-iyun aylarında da “Aston Villa”da icarə əsasında çıxış edib. O, ötən mövsümü isə “Barselona”da keçirib və 49 oyunda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer