19 iyun 2026. Cümə

“Lion”un vingeri Almaniya klubuna keçdi


  • Transfer
  • 23:47 18.06.2026
  • Oxunma sayı: 44
“Lion”un vingeri Almaniya klubuna keçdi

Almaniyanın “Bayer Leverkuzen” klubu portuqaliyalı vinger Afonsu Moreyranın transferini rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu Fransanın “Lion” klubundan transfer olunub. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transferin 33 milyon avro dəyərində olduğu, razılaşmada bonusların da nəzərdə tutulduğu bildirilir.

Moreyra ötən mövsüm “Lion”un heyətində bütün turnirlərdə 37 oyuna çıxaraq 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu “Lion”a qədər “Sportinq” və “Jil Visente” klublarında çıxış edib və “Sportinq” akademiyasının yetirməsidir.







Transfer