- Transfer
- 23:54 18.06.2026
İngiltərənin “Liverpul” klubu İspaniyanın “Osasuna” komandasından hücumçu Viktor Munyosun transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, 22 yaşlı vingerin klubla uzunmüddətli müqavilə imzaladığı bildirilib.
Mənbələrin məlumatına görə, mersisaydlılar futbolçunun transferi üçün “Osasuna” ilə nəzərdə tutulan 40 milyon avroluq satınalma bəndini aktivləşdiriblər.
Munyos karyerası ərzində “Barselona” və Madrid “Real”ının gənclər akademiyalarında çıxış edib. O, 2025-ci ilin yayından “Osasuna”nın formasını geyinirdi.
İspaniyalı futbolçu bu müddətdə 36 oyuna çıxaraq 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı onun bazar dəyərini 30 milyon avro olaraq göstərir.