- Transfer
- 23:54 18.06.2026
İngiltərənin “Liverpul” klubu Almaniyanın “Leyptsiq” komandasında çıxış edən hücumçu Yan Diomande üçün ilk rəsmi təklifini irəli sürsə də, razılıq əldə edə bilməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, mersisaydlılar 19 yaşlı futbolçu üçün 100 milyon avro təklif ediblər. Lakin “Leyptsiq” bu şərtlərlə satışa razı olmayıb və oyunçu üçün ən azı 120 milyon avro tələb edir.
Qeyd olunur ki, yaxın günlərdə transfer yarışına PSJ-nin də qoşulması gözlənilir. Almaniya klubu potensial rəqiblər arasında ciddi rəqabətin yaranmasını və bunun transfer qiymətini daha da artıracağını düşünür.
Diomandeyə maraq onun dünya çempionatındakı parlaq çıxışlarından sonra daha da artıb.