20 iyun 2026. Şənbə

“Leyptsiq” “Everton”un hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 02:54 20.06.2026
  • Oxunma sayı: 29
“Leyptsiq” “Everton”un hücumçusunu transfer etmək istəyir

“Everton”un hücumçusu Tyerno Barri Almaniyanın “Leyptsiq” klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya təmsilçisi artıq 23 yaşlı hücumçunun mümkün transferi ilə bağlı “Everton” rəhbərliyi ilə əlaqə saxlayıb.

Bildirilir ki, Barri “Leyptsiq”in yay transfer dövrü üçün əsas hədəflərindən biridir. Fransalı futbolçu İngiltərə Premyer Liqasındakı ilk mövsümündə 38 oyunda səkkiz qol vurub.

“Everton” isə oyunçu ilə asanlıqla vidalaşmaq niyyətində deyil. Klub rəhbərliyi yalnız ciddi maliyyə təkliflərini nəzərdən keçirməyə hazırdır.

Transfer bazarı üzrə ixtisaslaşmış platforma olan Transfermarkt futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.







Transfer