20 iyun 2026. Şənbə

“Mançester Yunayted” Osimhen və Tçuameni uğrunda mübarizəyə qoşuldu


  • Transfer
  • 15:55 20.06.2026
  • Oxunma sayı: 39
“Mançester Yunayted” Osimhen və Tçuameni uğrunda mübarizəyə qoşuldu

“Mançester Yunayted” heyətini gücləndirmək üçün “Real”ın yarımmüdafiəçisi Orelien Tçuameni və “Qalatasaray”ın hücumçusu Viktor Osimheni transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın “TEAMtalk” nəşrinə istinadən məlumatına görə, “qırmızı şeytanlar” düşərgəsində Osimhen hücum xətti üçün ideal namizəd hesab olunur. Lakin nigeriyalı futbolçunun transferini reallaşdırmaq olduqca çətin görünür. Belə ki, “Qalatasaray” oyunçusu üçün 150 milyon avro tələb edir.

Tçuameni də “Mançester Yunayted” rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və yarımmüdafiə xəttini gücləndirmək üçün uyğun variant sayılır. Ancaq yayılan xəbərlərə əsasən, “Real” fransalı futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

2025/26 mövsümünün yekunlarına əsasən, Maykl Kerrikin rəhbərlik etdiyi “Mançester Yunayted” İngiltərə çempionatında üçüncü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







Transfer